Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub...

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanlar 1992-ci il təvəllüdlü R.Həsənov, 1992-ci il təvəllüdlü K.Tağıyev, 1991-ci il təvəllüdlü F.Tağıyev, 1991-ci il təvəllüdlü C.Əliyev, 1984-cü il təvəllüdlü S.Mehdiyev və 2019-cu il təvəllüdlü M.Dəmirzadədir.

***

Tovuzda zəncirvari qəzada xəsarət alanların sayı artıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəzaya baxan bir neçə nəfəri hərəkətdə olan digər avtomobil vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

***Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ-2107" ilə "Toyota" və "VAZ-21011" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info