Şolts sağçıları regional hökumətlərə buraxmamağa çağırıb

Almaniya kansleri Olaf Şolts Türingiyada sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) qələbəsindən və Saksoniyada mövqelərinin əhəmiyyətli dərəcədə güclənməsindən sonra sağçıların olmadığı yerli hökumətlərin yaradılmasını istəyib...

Poliqon xəbər verir ki, o, bu barədə Reuters agentliyinə müsahibəsində danışıb.

"Ölkəmiz buna alışa bilməz və alışmamalıdır. AfD Almaniyaya ziyan vurur. İqtisadiyyatı zəiflədir, cəmiyyəti parçalayır və ölkəmizin reputasiyasını korlayır", deyə kansler vurğulayıb və partiyaları gələcəkdə sağçı ekstremistlər olmadan hökumət qurmağa çağırıb.

Şoltsa görə, Türingiya və Saksoniyadakı yerli seçkilərin nəticələri narahatvericidir.

Bundan əvvəl Bloomberg Almaniyada Şoltsun rəhbərlik etdiyi hakim siyasi koalisiyanın sağçı AfD partiyasının əhəmiyyətli populyarlıq qazandığı Türingiya və Saksoniya bölgələrində keçirilən regional seçkilərdə məğlubiyyətinin Almaniya Nazirlər Kabinetinin rəhbərinə zərbə olduğunu bildirmişdi.

Tarixdə ilk dəfə olaraq AfD Almaniyanın Türingiya federal əyalətində əyalət parlamentinə seçkilərdə qalib gəlib. Orada partiya 30,5 faiz səs toplayıb.

AfD Saksoniyada da səslərin 30%-ni qazanıb. Onlar 31,5% səslə Xristian Demokrat İttifaqının (XDİ) nümayəndələrini qabaqlayırlar.

AfD Almaniyada II Dünya müharibəsindən sonra əyalət seçkilərində qalib gələn ilk ifrat sağçı partiya olub.

Poliqon.info