Rusiyaya casusluq etməkdə şübhəli bilinən balina Valdimir Norveçdə ölüb

Yerli balıqçılar və alimlərin Valdimir adlandırdıqları beluqa balina Norveç sahillərində Risavika körfəzində ölü tapılıb...

Poliqon xəbər verir ki, bu barədə The New York Times əməkdaşları heyvanın həyatını izləyən Marine Mind təşkilatına istinadən yazıb.

Beluqa balinasına ilk dəfə 2019-cu ildə Norveçdə rast gəlinib. Onun bədənində kamera qoşquları olub ki, bu da balinanın rus casusu olması ilə bağlı fərziyyələrə səbəb olub.

Təşkilatın məlumatına görə, heyvanın cəsədi şənbə günü, avqustun 31-də tapılıb. Beluqa balinasını üç il müşahidə edən dəniz bioloqu və Marine Mind şirkətinin qurucusu Sebastian Strand bildirib ki, onun ölüm səbəbləri aydın deyil və heyvanın bədənində heç bir gözə çarpan xəsarət aşkarlanmayıb. Ölüm səbəbini müəyyən etmək üçün yarılma planlaşdırılır. Heyvan haqları müdafiəçisi heyvanın bir gün əvvəl yaxşı olduğuna aydınlıq gətirib.

Valdimir adı norveçcə "balina" mənasını verən hval sözü ilə Vladimir adının birləşməsidir. The Guardian-ın yazdığı kimi, heyvanın kürəyinə GoPro kamerası üçün qoşqu bağlanıb.

Norveç Balıqçılıq Müdirliyi balinanın insanlardan qorxmadığı üçün bir müddət əsirlikdə saxlandığına inanırdı. Sonra elm adamları beluqa balinasının təxminən 13-14 yaşında olduğunu bildiorib. Qurum heyvanın həqiqətən də rus hərbçiləri tərəfindən öyrədilə biləcəyini də istisna etməyib.

Poliqon.info