Sabirabadda əvvəllər məhkum olunmuş şəxsdən 5 kq narkotik götürülüb

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Kərimov saxlanılıb....  

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, həmin şəxsdən 5 kiloqrama yaxın marixuana və heroin aşkarlanıb.

Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Poliqon.info