BCM Putinin həbsi ilə bağlı Monqolustan prezidenti ilə əlaqə saxlamayıb

Rusiya dövlətinin başçısı Vladimir Putinin səfəri ərəfəsində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Monqolustan prezidenti Uxnaaqiyn Xurelsuxa müraciət etməsi barədə məlumat yalandır...

Poliqon xəbər verir ki, bu barədə Monqolustan dövlət başçısının mətbuat xidmətinin rəhbəri Ulziybayaryn Zolbayar xüsusi brifinqdə məlumat verib.

“Gəlin internetdə yayılan çoxlu yalan məlumatlara fikir verməyək. Rusiya dövlət başçısının sentyabrın 3-də ölkəmizə gözlənilən səfəri ilə bağlı BCM-nin Monqolustan Prezidentinə bəyanat və çağırışlar göndərdiyi barədə məlumat rəsmi mənbədən deyil. Bu məlumatlar yalan və faktların təhrifidir”, deyə prezidentin mətbuat xidmətinin nümayəndəsi mətbuata müraciətində bildirib.

Monqolustan prezidentinin mətbuat xidmətinin rəhbəri ictimaiyyətdən istənilən informasiyaya ehtiyatla yanaşmağı, onun düzgünlüyünü yoxlamağı və yalnız rəsmi mənbələrə etibar etməyi xahiş edib.

“Sosial şəbəkələrdə belə yalan və çaşdırıcı məlumatlar bilərəkdən yayılır”, deyə Ülziybəyarın Zolbayar vurğulayıb.

Poliqon.info