Putin: Qərb ölkələri rus jurnalistlərə qarşı açıq təqiblərə başlayıb

Demək olar ki, bütün Qərb ölkələri rus jurnalistlərə qarşı açıq təqiblərə başlayıb...

Poliqon xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Monqolustana səfəri ərəfəsində bu ölkənin “Onoodor” qəzetinə müsahibəsində bildirib.

“Özünü azadlıq etalonu hesab edən Qərb əlverişsiz faktlardan, həqiqəti əks etdirən məlumatlardan gizlənmək üçün heç bir fərq qoymadan “Kreml təbliğatçıları” kimi damğalanan Rusiya jurnalistlərinə qarşı açıq təqiblərə başlayıb”, deyə Rusiya prezidenti vurğulayıb.

Siyasətçinin sözlərinə görə, Rusiya mediasının bu dövlətlərdə gördüyü yeganə şey etik standartlara və yerli qanunvericiliyə riayət etməklə, Rusiyanın müasir problemlərə baxışını inandırıcı şəkildə çatdırmaqdır.

Poliqon.info