Qızıl Aypara Cəmiyyəti İsrail ordusunu ittiham edib

Qızıl Aypara Cəmiyyəti İsrail ordusunu Cenində həkimlərin qarşısını almaqda ittiham edib...

İsrail hərbçiləri İordan çayının qərb sahilindəki Cenin şəhərində təcili yardım briqadalarının işinə mane olur.

Poliqon xəbər verir ki,TASS Agentliyi bu barədə Fələstin Qızıl Aypara Cəmiyyətinin bəyanatına istinadən məlumat yayıb..

“İsrail işğalçı qüvvələrinin davamlı maneələrinə baxmayaraq, son beş gün ərzində əməkdaşlarımız mühasirədə olan Cenin və onun qaçqın düşərgəsinin sakinlərinə humanitar və təcili yardım göstərməyə davam edib” deyə təşkilatın X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.

Qeyd edək ki, avqustun 28-nə keçən gecə İsrail ordusu (İDF) İordan çayının qərb sahilinin şimalındakı Cenin, Tulkərm və ona bitişik fələstinli qaçqın düşərgələrində antiterror əməliyyatı keçirib. WAFA Agentliyinin məlumatına görə, İsrail hərbçilərinin bu bölgədə keçirdiyi əməliyyatlar nəticəsində azı 25 nəfər həlak olub.

Şənbə günü Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndələri bildiriblər ki, İsrail hərbçiləri Cenində onların təcili yardım maşınını atəşə tutub.

Poliqon.info