Putin: SSRİ liderlərinin hərəkətləri Ukrayna ilə bağlı vəziyyətdə mənfi rol oynayıb

Rusiya liderinin kifrincə Ukraynada yaranmış vəziyyətə görə sovet liderlərinin müəyyən hərəkətləri rol oynayıb, lakin dövlət başçısı müharibənin əsas səbəbini ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbin anti-Rusiya siyasətində görür...

Poliqon xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Monqolustan “Onoodor” qəzetinə müsahibəsində Rusiya-Ukrayna münaqişəsinin səbəbləri ilə bağlı fikirlərini bölüşüb. Müsahibə Kreml saytında dərc olunub.

Monqolustan qəzetinin jurnalistləri Putindən soruşublar ki, o, Ukrayna ətrafında baş verənlərin yalnız xarici siyasətə görə deyil, həm də Rusiyanın daxili siyasətindəki səhvlərlə bağlı baş verdiyinə inanırmı? Sual Rusiya prezidentinin əvvəllər verdiyi SSRİ rəhbərliyinin hərəkətlərinə verilən qiymətə aid olub.

“Ukraynadakı hazırkı vəziyyətə bir sıra xarici və daxili amillər əhəmiyyətli dərəcədə təsir edib. Sovet liderlərinin milli-ərazi məsələsi ilə bağlı qərarlarının nəticələri də mənfi rol oynayın”, deyə Rusiya prezidenti yazılı müsahibəsində bildirib.

Putinin fikrincə, SSRİ tərkibindəki ittifaq respublikalarının sərhədləri “proletar zərurətindən” irəli gələrək, tam özbaşınalıqla kəsilib. Bu baxımdan, Ukraynaya “əsasən rusların məskunlaşdığı sənaye Donbası verilib. Sonra İosif Stalin əvvəllər Polşa, Rumıniya və Macarıstana məxsus olan bəzi torpaqları Ukraynaya daxil edib və 1954-cü ildə Nikita Xruşşov əslində RSFSR-in tərkibində olan Krımı Ukraynaya verib.

Poliqon.info