Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Deputatlığa namizədin qardaşının digər namizədin vəkilinə qarşı zorakılıq etməsi barədə müraciət araşdırılır...

Deputatlığa namizəd Vəfa Nağıyevanın qardaşı tərəfindən digər namizədin vəkilinin zorakılığa məruz qalması ilə bağlı rayon polis şöbəsinə daxil olan müraciət üzrə araşdırma aparılır.

Poliqon xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov bildirib. Qeyd olunub ki, müvafiq ekspertizalar təyin olunub.

Poliqon.info