Lavrov: Kurska hücumda xarici ölkələrdən gətirilən muzdlular iştirak edə bilər

“Ukraynanın Kurska hücumunda xarici ölkələrdən gətirilən muzdluların və ya elə həmin dövlətlərin hərbi birləşmələrinin iştirakını istisna etmirik”...

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, əldə olunan məlumatlarla Kurska daxil olanlardan bəzilərinin öz aralarında xarici dillərdə danışdığı təsdiqlənib:

“Mən bu vəziyyətin arxasında hansı ideyanın gizləndiyini deməkdə çətinlik çəkirəm. Çünki qərbdən olan həmkarlarımızın beyinləri rəngarəngdir. Onlar hər şeyi özlərinə uyğun bir şəkildə qavrayırlar”.

Poliqon.info