"Arsenal" Premyer Liqanın digər təmsilçisi ilə heç-heçə edib

İngiltərə Premyer Liqasının 3-cü turunda "Arsenal" klubu "Brayton"la qarşılaşıb...

"Report" xəbər verir ki, Londonda keçirilən görüş heç-heçə yekunlaşıb - 1:1.

London təmsilçisindən Kai Havertz (38), qonaqlardan isə Joao Pedro (58) fərqlənib. İkinci hissənin əvvəlində "Arsenal"ın futbolçusu Deklan Rays qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, hazırda "Topçular" 7 xalla 2-ci pillədədir. London təmsilçisi ilə eyni xala malik olan "Brayton" isə turnir cədvəlində ilk mövqedədir.

Poliqon.info