MDB PA Şurasının baş katibi: Azərbaycanda seçki öncəsində sosial şəbəkələrdə qara piar mövcud deyil

Seçki öncəsində bir çox ölkələrin sosial şəbəkələrində hökm sürən qara piar Azərbaycanda mövcud deyil...

APA xəbər verir ki, bunu jurnalistlərə MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski bildirib.

Dmitri Kobitski qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyasının üzvləri seçki prosesinin gedişatını müşahidə etmək üçün Azərbaycanda artıq uzun müddətdir fəaliyyətə başlayıb: “Bizim 40 nəfərlik missiyamız var. Onlardan 33-ü Azərbaycanda fəaliyyət göstərir. Seçki bitdikdən sonra axşam saatlarında toplaşıb nəticələri müzakirə edəcəyik. Sonra isə yekun hesabat hazırlanacaq. Yekun rəyimizi isə bazar ertəsi açıqlayacağıq. Lakin onlar Konstitusiya Məhkəməsi nəticələri elan etdikdən sonra dərc olunacaq. Mərkəzi Seçki Komissiyası səsvermə prosesinin uğurla həyata keçirilməsi üçün əlindən gələni edir. Seçki öncəsində bir çox ölkələrin sosial şəbəkələrində hökm sürən qara piar Azərbaycanda mövcud deyil".

Poliqon.info