“Minasız Həyat” layihəsinin yekun tədbiri keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində elan etdiyi müsabiqənin qalibi olan İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı aktivist və ictimai fəalların iştirakı ilə “Minasız Həyat” adlı layihənin yekun tədbiri keçirilib...

Poliqon bildirir ki, tədbir öncə mina təhlükəsinə həsr edilmiş maarifləndirici “Minasız Həyat” adlı video-çarxın nümayişi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin icraçı direktoru Aytac Kərimova layihə haqqında geniş məlumat verib.

 Layihənin əsas məqsədi minalarla bağlı risklər və onlardan necə yayınmaq yolları haqqında maarifləndirməni təmin etmək, partlayış və xəsarətlərin qarşısını almağa kömək etmək idi. Həmçinin, Ottava Müqaviləsi (Minaların Qadağası Müqaviləsi) kimi müqavilələr vasitəsilə minaların istifadəsini, istehsalını və yığılmasını qadağan etmək üçün beynəlxalq siyasətləri müdafiə etmək və səyləri dəstəkləmək və minaların humanitar təsiri və davamlı fəaliyyətə ehtiyac haqqında yerlərdə məlummatlılığı artırmaqdır.

Tədbir sonra mina təhlükəsinə qarşı mübarizə ilə əlaqədar təqdimatın nümayişi ilə davam etdi. Tədbirin yekununda iştirakçılar seminara görə öz təşəkkürlərini bildirirərək bu qəbildən olan layihələr ehtiyac olduğunu vurğulayıblar.

Poliqon.info