MSK sədri: Seçkilərlə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun, planlı həyata keçirilib
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 6 milyon 421 min 960 nəfər seçici var.
MSK sədri bildirib ki, bu seçkilərdə 51 min 141 nəfər ilk dəfə səs verəcək.
MSK sədri bildirib ki, Azərbaycanda parlament seçkiləri ilə əlaqədar 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 6 min 343-ü daimi, 135-i müvəqqətidir.
6 308 851 nəfər daimi seçici qeydə alınıb.
O qeyd edib ki, onlardan 3 307 902 nəfəri qadındır.
M.Pənahov əlavə edib ki, 135 müvəqqəti seçki məntəqələri ilə daimi məntəqələrin müşahidəçilik baxımından heç bir fərqi yoxdur: "Qeydiyyatdan keçən müşahidəçilər daimi və müvəqqəti ayrılığı olmadan, bütün seçki məntəqələrində müşahidə apara bilərlər. Bunun üçün sadəcə qapalı müəssisələrin özünün daxili qaydalarına tabe olmaq lazımdır. Bu onların daxili nizam-intizamıdır".
Poliqon.info