Şəmkirdə 31 yaşlı kişi faciəvi şəkildə öldü

Şəmkirdə bədbəxt hadisə baş verib...

Poliqon APA-ya istinadən bildirir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb. 1993-cü il təvəllüdlü Surxay Cəfərov kənd ərazisində yük avtomobilinin hərəkət etməsinə maneçilik törədən dəmir borunu qaldırmaq istəyərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub. 31 yaşlı kişi hadisə yerində ölüb.

Poliqon.info