İraqın qərbində İŞİD-in 15 yaraqlısı öldürülüb
“Report” xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.
“ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı və İraqın təhlükəsizlik qüvvələri avqustun 29-da səhər saatlarında İraqın qərbində partnyor reydi keçirib və nəticədə İŞİD-in 15 yaraqlısı öldürülüb”, - ABŞ Mərkəzi Komandanlığının “X”dəki səhifəsində yayılan bəyanatda deyilir.
Komandanlıq yaraqlıların çoxsaylı silah, qumbara və partlayıcı kəmərlərlə silahlandığını bildirib.
Qeyd olunur ki, mülki əhali arasında itki yoxdur və əməliyyat İŞİD-in İraqda mülki şəxslərə, habelə vətəndaşlara, müttəfiqlərinə və tərəfdaşlarına qarşı hücumlar planlaşdırmaq, təşkil etmək və həyata keçirmək imkanlarını zəiflətmək məqsədilə qruplaşmanın liderlərinə qarşı yönəlib.
Poliqon.info