Aİ 60 minə yaxın ukraynalı hərbçiyə təlim keçib

Avropa İttifaqı (Aİ) ölkələrində təlim keçmiş ukraynalı hərbçilərin sayı 60 minə çatacaq...

"Report" “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin katibi Tomas Hitşler Brüsseldə Aİ müdafiə nazirlərinin görüşündə bildirib.

“Aİ çərçivəsində təlim keçdiyimiz bu hərbçilər təlimlərdən sonra Ukraynaya qayıdacaqlar”, – o qeyd edib.

T.Hitşler əlavə edib ki, Almaniya bu ilin sonuna qədər on min ukraynalı əsgərə təlim keçməyi planlaşdırır.

Poliqon.info