Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə olub, ölənlər var...

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Balçılı kəndində qeydə alınıb.

İlkin ehtimala görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparat yumaları səbəbindən zəhərlənib.

Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə kəndlərdən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib. Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

Poliqon.info