Portuqaliyalı mütəxəssis: Millidə yerli məşqçi mütləq olacaq

Millidə yerli məşqçi mütləq olacaq...

"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında bildirib.

Portuqaliyalı mütəxəssis məşqçilər korpusuna yerli məşqçi dəvət olacağını da deyib:

"AFFA rəhbərliyi ilə müzakirə aparırıq. Yəqin ki, yaxın günlərdə açıqlanacaq. Millidə yerli məşqçi mütləq olmalıdır".

O, azarkeşlərdən komandaya dəstək istəyib:

"Azarkeşlərə müraciət edirəm. Millidən yapışın. Bu, gələcək üçün bir layihədir. Yığmanı dəstəkləyin. Mənim deyil, futbolçuların buna ehtiyacı var. Çox xahiş edirəm, azarkeşlər dəstəyini əsirgəməsinlər. "Qarabağ"a baxıram, avrokuboklarda böyük dəstək görür".

Qeyd edək ki, yığma Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.

Poliqon.info