Yaponiya SSRİ-yə qarşı bioloji silahdan istifadə etmək istəyirmiş - Sənədlər

Rusiya Federal Təhlükəsizlik Xidməti ilk dəfə olaraq 1939-cu il avqustun sonunda Xalxin-Qol çayı (Monqolustanın şərqində Çinin Daxili Monqolustan Muxtar Rayonu ərazisində yerləşən çay) üzərində gedən döyüş zamanı yaponların sovet qoşunlarına qarşı bioloji silahdan istifadə etdiyini göstərən arxiv sənədlərini dərc edib...

Poliqon xəbər verir ki, sənəd FTX-nın saytında yerləşdirilib.

1939-cu ildə Monqolustan sərhədində yapon qoşunları ilə sovet qoşunları arasında toqquşma zamanı yapon hərbi komandanlığının əmri ilə düşməni məğlub etmək üçün ərazini çirkləndirmək məqsədi ilə üç təcrübə aparılıb. Bu barədə Harbin yaxınlığında bioloji silahların hazırlanmasında iştirak etmiş yapon ordusunun zabiti Hayaşi Kazuonun dindirmə protokolunun fotosurətində deyilir.

Onun sözlərinə görə, avqustun 29, 30 və 31-nə keçən gecə əraziyə basqın edilib. Yapon ordusu geri çəkildikdə, ən çox Qırmızı Ordu hissələrinin olduğu yer seçilib.

Hayaşi Kazuo və bakterioloji silahların hazırlanmasında iştirak edən digər hərbi qulluqçular Primorsk Hərbi Dairəsinin Hərbi Tribunalı tərəfindən məhkum ediliblər.

Xalxin Qol çayı döyüşü Yaponiyanın işğal etdiyi Mancuriya və Monqolustan Xalq Respublikasının sərhədləri yaxınlığında sovet-monqol qoşunları ilə Yaponiya Silahlı Qüvvələri arasında silahlı müharibədir. Savaş 1939-cu ilin yazından payızına qədər davam edib və SSRİ qalib gəlib.

Poliqon.info