Maduro müxalifət liderini həbs etməyə hazırlaşır

Venesuela müxalifətinin lideri Qonzales prokurorluğa gəlmədiyi üçün həbs oluna bilər...

Venesuela prokurorları müxalifətdən prezidentliyə keçmiş namizəd Edmundo Qonzalesə üçüncü dəfə çağırış vərəqəsi verib. O, bir daha çağırışa cavab verməsə, prokurorlar onun həbsinə order verilməsini nəzərdən keçirəcəklər.

Poliqon xəbər verir ki, Venesuela prokurorluğunun Edmundo Qonzalesə ünvanladığı çağırış vərəqəsinin mətnini “Notitarde” qəzeti dərc edib.

Prokurorlar dövlət orqanlarının “funksiyalarının mənimsənilməsi” işinin tərkib hissəsi kimi Qonzalesi dindirmək istəyirlər. Müxalifət lideri həmçinin sənədləri saxtalaşdırmaqda, qanuna tabe olmamağa təhrik etməkdə, kompüter cinayətlərində, cinayət təşkilatında iştirakda və sui-qəsddə şübhəli bilinir.

“Göstərilən tarixdə prokurorluğa gəlməsəniz, qaçma və ədalət mühakiməsinə mane olma riskinin olduğu nəzərə alınacaq, bununla bağlı həbs qərarı çıxarılacaq”, deyə çağırışda bildirilir, deyə prokurorluğun göndərdiyi çağırış vərəqəsində bildirilir.

Xatırladaq ki, Venesuelada seçkilər iyulun 28-də keçirilib. Ölkənin Milli Seçki Şurasının məlumatına görə, hazırkı prezident Nikolas Maduro 51,2%, Edmundo Qonzales 44% səslə qalib gəlib. Müxalifət exit-poll nəticələrinə istinad edərək, 73% nəticə ilə Qonzalesin qələbəsini elan edib. Ölkə boyu etirazlar başlayıb. Avropa İttifaqı Maduronu legitim prezident kimi tanımaqdan imtina edib.

Poliqon.info