İsrail Livanın cənubuna havadan zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda Hizbullahın bir neçə raket buraxılış məntəqəsinə hücum edib...

Poliqon xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Bu yaxınlarda İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubunda İsrail üçün təhlükə yaradan bir neçə “Hizbullah” raket buraxılış qurğusuna hücum edib”, deyə bəyanatda bildirilir.

Xəbərdə qeyd olunur ki, “Hizbullah” yaraqlıları da İsrail ərazisi istiqamətində bir neçə raket atıblar.

“Bir raket Livan sərhəddini keçib və açıq əraziyə düşüb”, deyə mətbuat xidmətindən bildiriblər.

Poliqon.info