BMT Qəzzada humanitar fasilə ilə bağlı razılıq əldə edib

BMT Fələstin-İsrail münaqişəsinin tərəfləri ilə anklavda poliomielit əleyhinə peyvəndlərin aparılmasına icazə vermək üçün Qəzza zolağında humanitar fasilə barədə ilkin razılığa nail olub...

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin əraziləri üzrə nümayəndəsi Riçard Piperkorn jurnalistlərə açıqlamasında deyib.

“Bizim peyvənd kampaniyası üçün seçilmiş ərazilərdə humanitar fasilələrlə bağlı ilkin razılaşmalarımız var və biz uşaqların və ailələrin sağlamlıq mərkəzlərinə təhlükəsiz şəkildə çatması üçün bütün tərəfləri bu fasilələrə hörmət etməyə çağırırıq”, - deyə o bildirib.

O həmçinin bildirib ki, ÜST sentyabrın 1-də Qəzza zolağının mərkəzi hissəsində peyvənd etməyə başlamağı planlaşdırır. Üç gün sonra tibb işçiləri anklavın cənubuna, daha üç gündən sonra isə şimala köçəcək. Lazım gələrsə, humanitar fasilənin müddəti uzadıla bilər.

ÜST nümayəndəsi həmçinin bildirib ki, təşkilat fasilələr məsələsini bütün tərəflərlə, o cümlədən İsrail Hökumətinin Fələstin Ərazilərində Koordinasiya Ofisi (COGAT) ilə kordinə edir.

Poliqon.info