"Neftçi" Melanonu yola salıb

“Neftçi” Lukas Melano ilə yolları ayırıb...

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.

Tərəflər arasındakı müqavilə qarşılıqlı razılıq əsasında ikitərəfli qaydada pozulub. "Neftçi" argentinalı hücumçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabrından “Neftçi”nin heyətində çıxış edən Melano 12 rəsmi oyunda forma geyinib.

Poliqon.info