İsmayıl Haniyə Paşinyanla niyə görüşmək istəyirmiş?

Ermənistanın baş naziri Nikol Paşinyan HƏMAS lideri İsmayıl Haniyə ilə Tehranda görüşməli imiş...

Diaspora.TV xəbər verir ki, bu iddia ilə İsraildə nəşr olunan “Yerusalem Post” çıxış edib.

Nəşrin iddiasına əsasən, İ.Haniyə erməni baş nazirə “mövcud olmayan Fələstin dövləti”ni tanıdığına görə şəxsən təşəkkür etmək istəyirmiş.

“Yerusalem Post” yazır ki, İrəvan da bunu inkar etməyə cəhd edə bilər, lakin Yaxın Şərqin tarixini bilən hər kəs xatırlayır ki, ermənilər həmişə Fələstin terror təşkilatlarını dəstəkləyiblər:

“Erməni milli qəhrəmanlarından biri Monte Melkonyan israillilərə qarşı döyüşdüyü ilə öyünürdü. Bu barədə Markar Melkonyanın “Qardaşımın yolu: Amerikanın Ermənistana taleyüklü səyahəti” kitabında oxuya bilərsiniz”.

Poliqon.info