MSK sədri parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağını bildirib

MSK sədri növbədənkənar parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağı barədə məlumat verib...

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O diqqətə çatdırıb ki, səsvermə günü də ilkin nəticələri operativ verməyə çalışırlar: “Bu seçkilərdə də çalışacağıq ilkin nəticələri həmin gecə çatdıraq. Bu ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək”.

Poliqon.info