İstanbulda iki metrobus toqquşub, bir nəfər ölüb, 50 nəfər yaralanıb - yenilənib

Türkiyənin İstanbul şəhərində iki metrobus toqquşub...

İstanbulda baş verən metrobus qəzası zamanı 53 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən bu şəxslərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müalicəsi davam edən sərnişinlərdən daha ikisinin vəziyyəti ağırdır. Hadisə ilə əlaqədar hər iki nəqliyyat vasitəsinin sürücüsü və iki nəzarətçi saxlanılıb. İstintaq davam edir.

Xatırladaq ki, bu gün səhər saatlarında İstanbulun iki qitəsini birləşdirən yüksəksürətli sərnişin nəqliyyat vasitələrindən olan metrobus xəttində qəza baş verib. Hadisə şəhərin Avropa qitəsində yerləşən Küçükçekmece rayonu ərazisində qeydə alınıb.

***

“Report” “Haber Global”a istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 50 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin durumu ağırdır.

Hadisə ilə bağlı sürücülər saxlanılıblar. Onlardan biri ifadəsində əyləc sisteminin işləmədiyini bildirib.

Poliqon.info