"Formula 1"ə görə bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq

Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 7-də, gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq...

Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Məhdudiyyət tədbirin sonunadək davam edəcək.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-da, gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:

Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsiBöyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbəTel: (012) 497-35-89

Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4Xəqani küçəsi 26/32Tel: (012) 498 88 06

Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58İstiqlaliyyət küçəsi 5Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək.

Hər il olduğu kimi, bu il də yarış müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 13-15-i aralığında baş tutacaq.

Poliqon.info