Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıtda silah-sursat aşkarlanıb...

Poliqon report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonu ərazisində qeydə alınıb.

Belə ki, adıçəkilən ünvanda istifadəyə yararlı 1 ədəd "AKM 7,62" markalı avtomat silahı, içərisində 30 ədəd 7,62 mm-lik güllələr olan sandıqça aşkarlanıb.

Silah-sursat polis əməkdaşlarına təhvil verilib.

Poliqon.info