Azərbaycanın amfibiya təyyarəsi Balıkesir-Edremit istiqamətində meşədəki yanğınlara cəlb edilib - Video

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir...

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, ötən gün ərzində təyyarə Balıkesir-Edremit istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Poliqon.info