"Qarabağ" "Dinamo Zaqreb"ə məğlub oldu: Çempionlar Liqasında mübarizəni dayandırdı - Yenilənib

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi ilə qarşılaşıb...

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada hesabı 33-cü dəqiqədə Marko Pyatsa açıb. 53-cü dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Mateus Silva avtoqol müəllifi olub.

Qeyd edək ki, bu nəticənin ardından qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran "Qarabağ" yoluna Avropa Liqasında davam edəcək.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" oyununda hesab açılıb.

"Report" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qonaqlar hesabda önə çıxıb.

33-cü dəqiqədə Marko Pyasta fərqlənib.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" oyunu start götürüb.

"Report" xəbər verir ki, tərəflər arasında cavab qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü İngiltərədən olan baş hakim Maykl Oliver idarə edir.

Tərəflər arasında Xorvatiyada baş tutan ilk matçda meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Poliqon.info