Culfada avtomobil aşdı - xəsarət alan var

Culfa rayonu ərazisində avtomobil yoldan çıxaraq aşıb, bir nəfər xəsarət alıb...

Poliqon APA-ya istinadən bildirir ki, hadisə rayonun Ərəzin kəndi ərazisində baş verib. 72-BF-803 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Culfa rayon Qazancı kənd sakini, 2001-ci il təvəllüdlü Aslanov Ağayar Mehman oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır sayılır.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info