Rusiyada təhsil alan 19 azərbaycanlı tələbə “AMOR Əlaçı Təqaüdü”nü qazanıb - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəxri sədri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “AMOR Əlaçı Təqaüdü” müsabiqəsində bu il 19 azərbaycanlı tələbə qalib gəlib...

“Report”un məlumatına görə, müsabiqə çərçivəsində Rusiyanın ali təhsil müəssisələrindəki əlaçı azərbaycanlı tələbələrə təhsil xərclərinin qarşılanması üçün maliyyə dəstəyi göstərilir.

Xatırladaq ki, təhsildə fərqlənən tələbələrə hərtərəfli dəstək və qayğı göstərmək, gənclərin təhsilə olan marağını artırmaq məqsədilə təşkil olunan müsabiqə 2009-cu ildən etibarən uğurla həyata keçirilir və bu günədək 453 tələbəni əhatə etmişdir.

Poliqon.info