Harris Trampı qabaqlayır...

Kamala Harris Demokratların qurultayından sonra rəy sorğularında Donald Trampı arxada qoyur...

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ötən həftə Demokratlar Partiyasının Milli Qurultayından sonra keçirilən sorğuya əsasən, rəqibi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı qabaqlayıb.

Poliqon xəbər verir ki, bu barədə “Newsweek” Florida Atlantik Universitetinin Siyasi Kommunikasiyalar və İctimai Rəyin Tədqiqi Laboratoriyasının (PolCom Lab) araşdırma məlumatlarına istinadən məlumat yayıb.

Son sorğulara görə, Kamala Harris ABŞ sakinləri arasında keçmiş prezident Donald Trampı 4 xal qabaqlayıb. Avqustun 23-dən 25-dək sorğuda iştirak edən 929 qeydiyyatdan keçmiş amerikalı seçicinin 47 faizi Harrisi dəstəkləyib, respondentlərin 43 faizi isə Trampı prezident kimi seçib.

Bundan əlavə, Demokrat namizəd PolCom Lab tərəfindən sorğu edilən seçicilər arasında da liderdir. Sorğunun nəticələrinə görə, 49 faiz Harrisi, 45 faiz isə Trampı dəstəkləyib.

Poliqon.info