Türkiyə Rusiya S-400 HHM sistemlərindən imtina edir

Türkiyə Amerika qırıcıları üçün Rusiya hava hücumundan müdafiə sistemlərindən imtina etməyə hazırdır...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Cumhuriyet” qəzeti yazıb.

Nəşr yazır ki, Rusiya S-400 HHM sistemlərindən imtina etməklə bağlı Türkiyə ABŞ-a təklif verib. Bu təklifə əsasən, Ankara Amerikanın yeni nəsil F-35 qırıcılarının alınması müqabilində Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən istifadə etməkdən imtina edir.

Qəzet qeyd edir ki, Türkiyə F-35 proqramına qayıtmaq üçün S-400-ləri hazırda yerləşdikləri anbarlarda Vaşinqtonun nəzarəti altında saxlamağı öhdəsinə götürür. Bunun müqabilində Ankara bir F-35 eskadronu və bir eskadrilya F-35B almaq istəyir.

Türkiyə rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər.

Qeyd edək ki, bu ilin fevralında Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Co Kirbi demişdi ki, Rusiya S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinin mövcudluğuna görə ABŞ Türkiyəni beşinci nəsil F-35 qırıcıları ilə təmin edə bilməz.

Poliqon.info