Tramp keçid komandasına Robert Kennedi və Tulsi Qabbardıni əlavə edib

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp noyabrda keçiriləcək ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə keçmiş namizədlər kiçik Robert Kennedi və Tulsi Qabbardı öz keçid komandasına daxil edib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi Trampın kampaniyasının bəyanatına istinadən məlumat yayıb.

“Prezident Trampın geniş tərəfdarları koalisiyası genişləndikcə, kiçik Robert Kennedy və Tulsi Gabbardın Trump/Venc keçid komandasına qoşulmasından qürur duyuruq”, deyə Trampın seçki kampaniyasının baş məsləhətçisi Brayan Hughes bildirib.

Qeyd edək ki, 70 yaşlı Kennedi, ekoloji hüquqşünas, peyvənd əleyhinə fəal və Demokratik Partiyanın siyasi sülaləsinin davamçısı olaraq keçən həftə kampaniyasını dayandırana və Trampı dəstəkləyənə qədər prezidentliyə müstəqil namizəd kimi mübarizə aparıb.

Kiçik Kenendi Ağ Ev uğrunda yarışa Baydenin Demokratik rəqibi kimi daxil olub və daha sonra müstəqil namizəd kimi iştirak edib.

Keçmiş Demokrat konqresmen olan Qabbard 2020-ci ildə Demokratlar Partiyasından prezidentliyə namizəd olmaq üçün uğursuz çıxış edib. 2022-ci ildə müstəqil namizəd olmaq üçün partiyanı tərk edib. Bayden və onun administrasiyasını getdikcə daha çox tənqid edən Qabbard indi mühafizəkarlar arasında populyardır, tez-tez ifrat sağçı televiziya və radio şoularında qonaq kimi görünür.

Poliqon.info