Bayden Qəzza liman körpüsünün tikintisini təsdiqləyib

Bayden ciddi xəbərdarlıqlara baxmayaraq Qəzzada liman estakadasının tikintisinə başlamağı təsdiq edib...

ABŞ prezidenti Co Bayden, güclü dalğalar və bəzi rəsmilərin etirazları səbəbiylə mümkün problemlərlə bağlı xəbərdarlıqlara baxmayaraq, Qəzza zolağına humanitar yardım çatdırmaq üçün üzən estakada tikmək üçün yaşıl işıq yandırıb.

Poliqon xəbər verir ki, bu barədə The Washington Post qəzeti yazır.

Nəşrin məlumatına görə, prezidentə xəbərdarlıq edilib ki, layihə diqqəti İsraili bölgəyə əlavə quru yolları açmağa məcbur etmək səylərindən yayındıra bilər. Bu barədə ABŞ Baş Müfəttişlik İdarəsinin hesabatında deyilib.

Xatırladaq ki, mart ayında, humanitar vəziyyətin pisləşdiyi bir vaxtda Bayden Qəzzaya yardımın dəniz yolu ilə çatdırılması üçün bir sistemin yaradılmasını elan edib. Layihənin Amerika vergi ödəyicilərinə təxminən 300 milyon dollara başa gələcəyi gözlənilir.

İyul ayında prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Birləşmiş Ştatların bu körpü vasitəsilə humanitar yardımın çatdırılması əməliyyatını məhdudlaşdırmaq niyyətini açıqlayıb.

Qəzetin yazdığına görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəsmiləri Bayden administrasiyasının üzən estakadaya diqqət yetirməsinin onların quru yollarını genişləndirmək səylərinə zərbə vurmasından narahat olduqlarını bildiriblər. Üstəlik, pis hava şəraiti estakadanın tikintisinin ilk günlərindən ciddi problemə çevrib.

Poliqon.info