TƏBİB Şəmkirdə yararsız halda olan tibb müəssisəsinin fəaliyyətinə aydınlıq gətirib

Şəmkirdə yararsız halda olan tibb müəssisəsinin yalnız kiçik bir hissəsində ambulator tibbi xidmət göstərilir...

TƏBİB Şəmkirdə yararsız halda olan tibb müəssisəsinin fəaliyyətinə aydınlıq gətirib

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkədə Şəmkirdə yararsız hala düşən tibb müəssisəsi 1984-cü ildən fəaliyyət göstərib: “Əvvəllər Şəmkir Rayon Ağciyər Xəstəlikləri Xəstəxanası kimi işləyən tibb müəssisəsi hazırda yararsız halda olduğu üçün 2021-ci ildən stasionar tibbi xidmət dayandırılıb, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində Ftiziatrik kabinet olaraq yalnız kiçik bir hissədə ambulator tibbi xidmətin göstərilməsi mümkündür”.

Məlumata görə, bu səbəbdən də tibb müəssisəsinə müraciət edən vətəndaşlar laborator və rentgen müayinəsi, eləcə də stasionar tibbi xidmətlərin göstərilməsi üçün bölgə üzrə digər tibb müəssisələrinə yönləndirilir.

Qeyd olunub ki, TƏBİB-in Müşahidə Şurasının qərarı ilə yeni yaradılacaq mərkəzdə vərəm və ağciyər xəstəliklərinin profilaktikası, diaqnostikası, müəssisələrin strukturunun optimallaşdırılması həyata keçiriləcək.

Poliqon.info