Malazgird döyüşündə istifadə olunan ox ucları tapılıb

Türkiyənin Muş vilayətində, Malazgird döyüşünün baş verdiyi ərazilərdə o dövlərə aid xeyli maddi sübut aşkarlanıb...

TNS xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Bölgədə aparılan qazıntılar zamanı vilayətin Malazgird mahalında döyüşdə istifadə edilən çoxlu sayda ox uclarının tapıldığını qeyd edən nazir əlavə edib ki, ərazidə indiyədək 51 məzar tapılıb.

Qeyd edək ki, Malazgird mahalı və ətrafında 2020-ci ildə başlanan qazıntılarda 12 universitetdən 40-a yaxın akademik iştirak edir.

Xatırladaq ki, tarixi Malazgird döyüşü 1071-ci il avqustun 26-da Bizans və Səlcuqlu imperiyaları baş verib. Döyüşdə Bizans ordusu məğlub olub, imperator IV Roman Dioge əsir düşüb.

Poliqon.info