Vyetnam səfiri: Azərbaycan Asiya-Sakit okean regionunda uğurlu siyasət yürüdür

Azərbaycan Asiya-Sakit okean regionunda uğurlu siyasət yürüdür...

Bunu “Report”un Ankara bürosuna Vyetnam Sosialist Respublikasının Türkiyədəki səfiri Do Son Hai bildirib.

Səfirin fikrincə, Azərbaycanın xarici siyasətində Asiya qitəsi böyük əhəmiyyət kəsb edir: “Azərbaycan hökuməti bu qitədə yer alan ölkələrlə yanaşı, regionda yaradılan beynəlxalq və regional qurumlarla da yaxşı münasibətlər saxlayır".

"Bu baxımdan, ümid edirəm ki, region ölkələri ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr daha da genişlənəcək” deyən səfir qeyd edib ki, bu mənada Azərbaycan-Vyetnama münasibətləri də təqdirəlayiqdir: “Ölkələrimiz arasında əməkdaşlıq yüksələn xətt üzrə davam edir”.

Azərbaycana səfər etdiyini və ölkə, insanlarla tanışlıqdan məmnuniyyətini ifadə edən səfir yaxın günlərdə Bakıya yenə də səfər edəcəyini vurğulayıb: “Bakıya heyranam”.

Poliqon.info