UEFA Konfrans Liqası: "Zirə"nin rəqibi Bakıda dəstəksiz qalmayacaq

"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Omoniya" (Kipr) Bakıda dəstəksiz qalmayacaq...

Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

"Omoniya"nı 30-a yaxın azarkeş irəli səsləyəcək. Bundan başqa, nikosiyalılar paytaxta 11 jurnalistlə təşrif buyuracaq. Onlardan 5-i klubun mətbuat xidmətinin, 6-sı isə Kipr mətbuatının əməkdaşlarıdır.

Qeyd edək ki, "Zirə" Kiprdə baş tutan matçda "Omoniya"ya 0:6 hesabı ilə uduzub. Komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

Poliqon.info