Kreml: Kurska edilən hücuma mütləq cavab veriləcək

Kursk vilayətinə edilən hücuma mütləq cavab veriləcək...

Poliqon APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Burada ayrıca qərardan söhbət getmir. Təbii ki, bu cür düşmənçilik hərəkətləri müvafiq cavabsız qala bilməz. Cavab mütləq olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ukrayna Rusiyanın Kursk vilayətinə hücum edərək bir sıra yaşayış məntəqələrini ələ keçirib.

Poliqon.info