FT: Fransanın sürpriz addımı söz azadlığı ilə bağlı qlobal müzakirələri gücləndirib...

Telegram iddia edir ki, sosial şəbəkənin Fransada saxlanılan təsisçi Pavel Durovun gizlədəcək heç nəyi yoxdur...

Fransanın Pavel Durovun həbsi ilə bağlı sürpriz addımı söz azadlığı ilə bağlı qlobal müzakirələri gücləndirib və Moskva ilə gərginliyi artırıb.

Poliqon xəbər verir ki, bu barədə The Financial Times nəşri yazır. Nəşr yazır ki, Paris prokurorluğu Durova qarşı aktiv istintaqın aparıldığını təsdiqləyib. Fransız mediası onun platformada cinayət fəaliyyətini lazımi səviyyədə idarə edə bilmədiyini yazıb.

Qeyd edək ki, Dubayda yerləşən Telegram sosial şəbəkəsinin adminstrasiyası dünən platformanın moderasiyasının sənaye standartlarına cavab verdiyini və daim təkmilləşdirildiyini bildirərək, platformanın Rəqəmsal Xidmətlər Aktı da daxil olmaqla AB qanunlarına uyğun olduğunu bəyan edib.

Bu il qüvvəyə minən qanunvericilik platformaların zərərli məzmunu və dezinformasiyanı daha yaxından izləməsini tələb edir, əks halda onlar Aİ-yə girişdə cərimələr və ya məhdudiyyətlərlə üzləşirlər.

“Bu platformada baş verən sui-istifadələrə görə platformanın və ya onun sahibinin məsuliyyət daşıdığını söyləmək absurddur. Biz bu vəziyyətin ən qısa zamanda həllini gözləyirik. Telegram sizinlədir”, deyə Telegram adminstrasiyasının açıqlamasında qeyd edilir.

FT yazır ki, Durovun saxlanması bu günə qədər sosial media menecerinə qarşı ən genişmiqyaslı milli tədbirdir və bu tədbir platformaların onlayn təhlükəsizliyə və ya söz azadlığına üstünlük verməsi ilə bağlı qlobal müzakirələri daha da qızışdırıb.

Bir sıra Fransa telekanallarına görə, Telegram-ın moderasiya çatışmazlıqlarının terrorizm, narkotik ticarəti, çirkli pulların yuyulması, fırıldaqçılıq və uşaq istismarı kimi qeyri-qanuni fəaliyyətlərə töhfə verib-vermədiyini araşdırır.

FT qeyd edir ki, Durov “mülayimlik” prinsipinə riayət edir və tətbiqi hökumətlərin nəzarətinə verməkdən imtina edir. Bununla belə, bəzi tədqiqatçılar bunun nəticəsində Telegram-ın qeyri-qanuni fəaliyyət və ekstremizmin mərkəzinə çevrildiyi barədə xəbərdarlıq edirlər.

Poliqon.info