Pavel Durovun həbs müddəti uzadılıb

Fransa məhkəməsi "Telegram" mesencerinin təsisçisi Pavel Durovun həbs müddətini uzadıb...

Oxu.Az xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Fransada sorğu-sual üçün ilkin həbs müddəti maksimum 96 saat davam edə bilər.

Bu müddətin sonunda hakim ya saxlanılan şəxsin azadlığa buraxılması barədə qərar verə bilər, ya da ona qarşı ittiham irəli sürə bilər.

Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.

Poliqon.info