Pakistanda baş verən yol qəzalarında azı 25 nəfər ölüb

Pakistanın Kəşmir əyalətinin Kahuta rayonunda sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 25 nəfər ölüb, daha bir nəfər yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə bazar günü “Geo” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, sərnişin avtobusu Haveli Kahuta qəsəbəsindən Ravalpindi şəhərinə (Pəncab əyaləti) gedirmiş. Hadisə yerində polis əməkdaşları, yerli hakimiyyət orqanlarının nümayəndələri və xilasedicilər iştirak edir. Hadisənin səbəbi hələlik açıqlanmayıb.

Ölənlərin cəsədlərinin yaxınlıqdakı xəstəxanaya aparıldığı bildirilir.

Poliqon.info