Netanyahu fələstinlilərə güzəştə getməyə qarşı çıxır

İsrailin baş naziri Netanyahu ilə Qəzzada atəşkəslə bağlı İsrail tərəfini təmsil edən diplomatlar arasında fikir ayrılığı var...

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada atəşkəs və girovların azad edilməsi üçün danışıqlar aparan İsrail nümayəndə heyətinin üzvləri ilə mübahisəyə girib.

Poliqon xəıbər verir ki, bu barədə Reuters Agentkiyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Netanyahu İsrail ordusunun Fələstin anklavını Misirdən ayıran “Filadelfiya” dəhlizinə nəzarəti məsələsində güzəştə getməkdən imtina edib, nümayəndə heyətinin üzvləri isə mövqenin yumşaldılmasını istəyib.

Agentlik qeyd edir ki, baş nazir İsrail ordusunun mövqelərindən birini bir neçə yüz metr irəliləməyə razılaşıb, lakin uzunluğu təxminən 14 kilometr olan sərhədə nəzarəti saxlamaqda israrlıdır.

Mənbələr qeyd edib ki, bəzi diplomatlar danışıqlar qrupunu tərk etməyə hazır olduqıarını bildirsələr də, Netanyahu bu şərtlərin saxlanmasını tələb edir.

Poliqon.info