Borrell: Yaxın Şərqdə vəziyyət kritik təhlükə həddinə çatıb...

Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Yaxın Şərqdəki vəziyyət həm region, həm də onun hüdudlarından kənarda kritik təhlükə səviyyəsinə çatıb...

Poliqon xəbər verir ki, bu barədə Borrel sosial media mikrobloqunda yazıb.

“Mən Livanın Baş naziri Mikatinin genişmiqyaslı müharibə riskinin qarşısını almaq üçün Qəzzada çox ehtiyac duyulan atəşkəsə əlavə olaraq BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarının dərhal tətbiq edilməsi çağırışını dəstəkləyirəm”, deyə Borrell qeyd edib.

Xatırladaq ki, dünən İsrail döyüş təyyarələri Livan ərazisinə zərbələr endirib. Daha sonra “Hizbullah” Beyrutda komandiri Fuad Şükrün öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə pilotsuz təyyarə və raket zərbələri endirib.

Poliqon.info