Pavel Durovun yol yoldaşı yoxa çıxıb

Mətbuatda Pavel Durovun yol yoldaşı olduğu iddia edilən şəxsin yoxa çıxması xəbəri yayılıb...

Rusiya mətbuatının məlumatına görə, Durovu Yuliya Vavilova müşayiət edə bilər və onunla əlaqə kəsilib.

Poliqon xəbər verir ki, Fransada Pavel Durovla birlikdə həbs olunanlar arasında 24 yaşlı Yuliya Vavilova da ola bilər. Rusiyanın RBC nəşri əsas telegram informasiya kanallarına istinadən yazır ki, qızın qohumları mətbuata onunla ünsiyyətin dayandığını bildiriblər.

RBK qeyd edir ki, Pavel Durov heç vaxt Yuliya Vavilovanın adını çəkməyib, onların iddia edilən əlaqələri reklam olunmayıb. 24 yaşlı qızın sosial şəbəkələrdəki yazılarına əsasən, o, 2024-cü ilin yayında Telegram-ın yaradıcısı ilə eyni ölkələrə səfər edib və eyni vaxtda orada olub.

Avqustun sonunda Vavilova Azərbaycandan şəkillər dərc edib. Durovun şəxsi təyyarəsi sahibkarın saxlandığı Parisə məhz bu ölkədən uçub. 24 yaşlı qızın yaxınları mətbuata bildiriblər ki, onunla telefonla əlaqə saxlaya bilməyiblər. Yaxınların sözlərinə görə, Yuliya Vavilova Fransaya getmək niyyətində olub. RBC müxbirləri də Pavel Durovun iddia edilən yol yoldaşı ilə əlaqə saxlaya bilməyiblər.

Xatırladaq ki, avqustun 24-də Pavel Durov Parisdə Hava Nəqliyyatı Jandarm İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Fransada sahibkar axtarışda olanlar siyahısına salınıb. 39 yaşlı iş adamı ilə yanaşı onun mühafizəçisi də saxlanılıb.

Poliqon.info