ABŞ-ın Corciya şatatında parkda atışma nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Corciya ştatının şimalındakı Dalton şəhərindəki Pleasant Grove parkında baş verən atışma nəticəsində azı 4 nəfər həlak olub...

Poliqon xəbər verir ki, bu barədə Uitfild dairəsinin şerifinə istinadən “FOX” telekanalının yerli bölməsi məlumat yayıb.

Məlumata görə, polis Pleasant Grove Parkında atəş açıldığı barədə məlumat alıb. Hadisə yerinə gələn polis dörd ispan əsilli kişinin cəsədini aşkar edib, onların şəxsiyyəti açıqlanmayıb.

Qətli törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə saxlanılıb və ona qarşı artıq 4 maddə üzrə ittiham irəli sürülüb.

Polis hücum edənin təkbaşına hərəkət etmədiyini güman edir.

Poliqon.info