Ucqar dağ kəndinin doqquz məzunundan səkkizi tələbə adını qazanıb

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ucqar dağ kəndi olan Kükü kənd tam orta məktəbinin məzunları ali məktəblərə qəbulda yüksək nəticələr göstəriblər...

Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Novruz Məmmədov məlumat verib.

O qeyd edib ki, bu il 100 yaşı tamam olan Kükü kənd Alahqulu Quliyev adına tam orta məktəbin 2023-2024-cü tədris ilini bitirən doqquz məzunundan səkkizi respublikanın müxtəlif universitetlərinə qəbul olub.

Qəbul olan məzunlardan dördü 500-700 intervalında bal toplayıb. Məzunlardan Turqay Məmmədov gümüş nişana, iki şagird isə fərqlənmə attestatına layiq görülüb.

Poliqon.info